Rəisi: “Şirazda baş verən terror aktına qətiyyətlə cavab verəcəyik”

Rəisi: “Şirazda baş verən terror aktına qətiyyətlə cavab verəcəyik”

Hazırda oxunan: Rəisi: “Şirazda baş verən terror aktına qətiyyətlə cavab verəcəyik”

101373

İran prezidenti İbrahim Rəisi Şirazda törədilən terror aktı nəticəsində bir qrup insanın həlak olması ilə bağlı başsağlığı verərək deyib ki, biz bu addıma qətiyyətlə cavab verəcəyik və bu, cinayətkarlara dərs olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İRNA agentliyi yayıb.

Rəsmi məlumatlara görə, çərşənbə günü axşam İranın Şiraz şəhərində Şah Çeraq ziyarətgahında baş verən atışma nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
 

MÖVZU İLƏ BAĞLI:

İrandakı terror aktının yeni GÖRÜNTÜLƏRİ


Rəisi bununla bağlı başsağlığı verib, həlak olanların ailələrinə cansağlığı və səbr diləyib.

Onun sözlərinə görə, İslam Respublikasının düşmənləri uğursuzluq və məğlubiyyətlərinin qisasını terror aktı ilə alıblar:

“Əlbəttə, bu addım cavabsız qalmayacaq və ölkənin məhkəmə sistemi günahkarların cəzalandırılmasını izləyir”.

"Çərşənbə günü (26 oktyabr) saat 17:45-də bir silahlı şəxs Şirazda Şah Çeraq ziyarətgahına hücum edib", - məhkəmə mənbələri bildirib.
Fars əyaləti qubernatorunun müavini Esmail Mohebbipour bildirib ki, atışma yaralanan və həbs edilən bir terrorçu tərəfindən həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO