Erməni spiker: “Azərbaycanla sülh sazişi ilin sonunadək imzalana bilər”

Erməni spiker: “Azərbaycanla sülh sazişi ilin sonunadək imzalana bilər”

Hazırda oxunan: Erməni spiker: “Azərbaycanla sülh sazişi ilin sonunadək imzalana bilər”

101262

“Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh sazişi imzalamaq istəklərini bildiriblər”.

Bizim.Media “newsarmenia.am” saytına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan səsləndirib.

"İlin sonunadək" ifadəsi hər iki tərəfin istədiyi son tarixdir. Mənim də arzum var ki, sülh müqaviləsi ən qısa zamanda imzalansın”, - Sinonyan brifinqdə bildirib.
Eyni zamanda o, qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü müzakirə mövzusu deyil.

Bundan əvvəl bildirilmişdi ki, noyabrın birinci həftəsində Brüsseldə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizlik məsələləri üzrə komissiyanın üçüncü iclası keçiriləcək. İki ölkə baş nazirinin müavinlərinin rəhbərlik etdiyi komissiyaların ilk iclası mayın 24-də Ermənistan-Azərbaycan sərhədində, ikinci iclası isə avqustun 30-da Moskvada baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO