Moskvada Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyası açılacaq

Moskvada Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyası açılacaq

Hazırda oxunan: Moskvada Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyası açılacaq

101069

Noyabrın 3-də Moskvada, Rusiya хalqlar dostluğu universitetinin (RXDU) filologiya fakültəsində Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasının açılış mərasimi keçiriləcək. 

Bizim.Media xəbər verir ki, tədbirin təşkilatçısı Moskva vilayəti azərbaycanlıları milli-mədəni muxtariyyətidır (MVAMMM).

Auditoriyanın məqsəd və təyinatı zəngin irsi olan milli ədəbiyyatı təbliğ etməkdir. Məlumat stendlərində Azərbaycan-rus ədəbi əlaqələri və ədəbiyyatımızın dünya mədəniyyətindəki rolu xüsusi vurğulanır.
Nizami Gəncəvi adına Azərbaycan ədəbiyatı auditoriyası RXDU-nun filologiya fakültəsinin dosenti, filologiya elmləri namizədi Anar Həsənovun ideyası əsasında fakültənin dekanı, filologiya elmləri doktoru, professor Viktor Barabaşın dəstəyi və yaxından iştirakı ilə gerçəkləşib.

Layihənin məzmun və dizaynını Rusiya Təbii Elmlər Akademiyasının müxbir üzvü, Avrasiya Xalqları Assambleyasının üzvü Nizami Əliyev, dosent Anar Həsənov və MVAMMM-ın sədri Elşən İbrahimovla birgə tərtib ediblər.

Təntənəli mərasimə Azərbaycan və Rusiya dövlətlərinin müvafiq hakmiyyət orqanlarının təmsilçiləri, universitetin elmi-pedaqoji kollektivi, məzunları, dövlətlərarası, qeyri-hökümət təşkilatlarının nümayəndələri, diaspor fəalları və KİV mənsubları dəvət edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO