“Ermənistana buraxılmamağımı təhqir hesab edirəm” - Konstantin Zatulin

“Ermənistana buraxılmamağımı təhqir hesab edirəm” - Konstantin Zatulin

Hazırda oxunan: “Ermənistana buraxılmamağımı təhqir hesab edirəm” - Konstantin Zatulin

101068

Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının ermənipərəst deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Konstantin Zatulinin Ermənistan Respublikasına girişi qadağan edilib və arzuolunmaz şəxs siyahısına salınıb. O, Yerevan.today ilə söhbətində bu məsələyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, deputat bu xəbərin onun üçün gözlənilməz olduğunu deyib.

"Ermənistan parlamentinin Xarici Əlaqələr Departamentinin rəhbərindən məktub aldıq. Bizə dedilər ki, səfərim arzuolunmazdır və bəyanatlarım Ermənistan Respublikası üçün zərərlidir", deyə deputat əlavə edib.
Konstantin Zatulin Ermənistanda qara siyahıya salınmasını təhqiramiz addım kimi qiymətləndirib.

Xatırladaq ki, Paşinyanın ailəsinə məxsus “Aykakan Jamanak” qəzetinin saytı rusiyalı siyasətçinin Ermənistana girişinə qadağa qoyulmasını belə izah edib:

“Zatulin ictimai müsahibələrində dəfələrlə Paşinyan hakimiyyətini 44 günlük müharibədə məğlub olmaqda ittiham edib. Üstəlik, Ermənistanın daxili siyasi həyatına müdaxilə edən Zatulin Nikol Paşinyanın vəzifədən getməsinin vacibliyini dəfələrlə dilə gətirib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO