“Hazırda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə hazırlıq gedir. Çox güman ki, bu görüş oktyabrın sonunda Soçidə baş tutacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın “Vedomosti” nəşri məlumatlı diplomatik mənbələrə istinadən yayıb.
Rusiyalı analitik Stanislav Tarasovun fikrincə, bu cür məlumatın sızması adətən müəyyən əsaslara malikdir:
“Çünki Astanada keçirilən MDB dövlət başçılarının sammitindən sonra Rusiya prezidenti Vladimir Putin İlham Əliyev və Paşinyanı onlar üçün əlverişli olan vaxtda görüşə dəvət edib. İndi əsas məsələ bu görüşdə nələrin müzakirə olunacağını gözləməkdir.
44 günlük müharibədən iki ilin keçməsi, üçtərəfli səviyyədə çoxlu görüşlərin və üçtərəfli komissiyanın baş tutması yeni görüşdə müəyyən nəticə çıxarmaq üçün yaxşı fürsətdir.
Azərbaycan ilk növbədə “Zəngəzur dəhlizinin” açılması məsələsini irəli sürür, İrəvan isə başqa marşrut təklif edir və tərəflər hələ də bu məsələdə razılığa gələ bilmirlər. Bu da öz növbəsində sülh müqaviləsinin hazırlanmasında müəyyən çətinliklər yaradır.
Azərbaycan-Ermənistan münasibətlərindəki qeyri-müəyyənlik Türkiyə- Ermənistan münasibətlərinin normallaşması prosesinə də təsir edir. Digər tərəfdən, “kənar oyunçular” da bu qeyri-müəyyənlikdən istifadə edirlər”.
Analitik hesab edir ki, Qərb görünməmiş fəallıq nümayiş etdirir, Rusiya isə buna qısqanclıqla cavab verir:
“Aydındır ki, “Brüssel platforması”nın Bakı-İrəvan münasibətlərinin normallaşması istiqamətində təxminən bir il davam edən fəal işindən sonra Moskva sadəcə olaraq müşahidəçi rolunda qala bilməzdi. Belə çıxır ki, Rusiya bölgəni nəzarətdə saxlamaq fikrindədir. Yenə də bütün məsələlər bağlı qapılar arxasında həll ediləcək və sərhəddə sabitlik yaranacaq”.
Bizim.Media
- A-
- A
- A+
Region
12:10 / 25.10.2022
Liderlərin yeni üçtərəfli görüşündən nə gözlənilir? - Rusiyalı analitikin ŞƏRHİ
Hazırda oxunan: Liderlərin yeni üçtərəfli görüşündən nə gözlənilir? - Rusiyalı analitikin ŞƏRHİ
Hazırda oxunan: Liderlərin yeni üçtərəfli görüşündən nə gözlənilir? - Rusiyalı analitikin ŞƏRHİ
101031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.