Ermənistan KTMT-dən çıxacaq? – Parlamentə təklif göndərildi

Ermənistan KTMT-dən çıxacaq? – Parlamentə təklif göndərildi

Hazırda oxunan: Ermənistan KTMT-dən çıxacaq? – Parlamentə təklif göndərildi

101026

Oktyabrın 21-də “KTMT-dən çıxmaq uğrunda Assosiasiya” təşəbbüs qrupu Ermənistan parlamentinin spikeri Alen Simonyana “Ermənistanın təhlükəsizlik məsələləri” mövzusunda parlament dinləmələrinin, xüsusən də ictimaiyyətin Ermənistanın KTMT-dən çıxmaq tələbinin müzakirəsinin təşkili ilə bağlı müraciət göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hraparak” qəzeti yazıb.

Müraciət xarici əlaqələr, müdafiə və təhlükəsizlik, dövlət-hüquq məsələləri, regional və Avrasiya inteqrasiyası, insan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyalarının rəhbərlərinə də ünvanlanıb.
Müraciətin əsaslandırmasında qeyd olunur:

“Bu gün Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik və müttəfiqlik münasibətlərinin cari və gələcək baxışı narahat edir, ona görə də bu müzakirəni zəruri hesab edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO