Ermənilər niyə məhz Təbrizdə konsulluq açmaq istəyir? - TƏHLİL  

Ermənilər niyə məhz Təbrizdə konsulluq açmaq istəyir? - TƏHLİL  

Hazırda oxunan: Ermənilər niyə məhz Təbrizdə konsulluq açmaq istəyir? - TƏHLİL  

100844

Bir neçə gün əvvəl Qafanda İran Baş konsulluğunun açılışı olub. Açılış mərasimində İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan iştirak edib.

İranlı nazir hətta “kafirin qızı“nın əlində çörək də alıb yeyib. Bununla da onu göstərib ki, Ermənistan İranın çörək və gərək dostudur.

Maraqlıdır ki, cümə günü Ermənistanın populyar “Hraparak” nəşri yazıb ki, konsulluğun binası istismara tam yararlı deyil. 

“Hazırda burada təmir işləri gedir. Açılış bir neçə ay sonraya nəzərdə tutulmuşdu. Lakin, rəsmi Tehranın təkidi ilə açılış tarixi xeyli qabağa çəkilib”.

Maraqlıdır ki, həmin tədbirsə erməni nazir “Ermənistan Təbriz şəhərində baş konsulluq açmağa hazırdır”-deyib.

Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyevlə həmsöhbət olduq. Bizim.Media-ya açıqlamasında o bunların hamısının farsların həyata keçirdiyi siyasətin tərkib hissəsi olduğunu bildirdi:

“Onlar çox gözəl bilirlər ki, bu məsələ Təbrizdə ciddi narazılıqla qarşılanacaq.

Farslara da indiki vaxtda Cənubi Azərbaycandakı türklərin qürurunu, əzəmətini qırmaq üçün belə bir diplomatik gediş lazımdır. Bununla da azərbaycanlı fəalların İranın dövlət siyasətinin əleyhinə çıxmaqlarını bəhanə edərək orada nə qədər düşünən beyin var onların hamısını fiziki və mənəvi cəhətdən sıradan çıxartmağa çalışacaqlar.

Eyni zamanda, Şimali Azərbaycana göz dağı vermək istəyəcəklər. Hamı bilir ki, Təbrizdə iki cüt, bir tək erməni var. Bununla belə erməni-fars birliyi Təbrizdə konsulluq açmaqla həm təbrizliləri provakasiyaya çəkmək, həm də Azərbaycana qıcıq vermək istəyir”. 

Cümşüd Nuriyev bir məsələyə də toxundu:

“Araz sahillərində keçirilən son hərbi təlimlərdə səsləndirilən marşda İran açıq şəkildə iki ölkə düşmən kimi hədəfə alınıb. Bunun birincisi İsraildirsə, ikincisi Azərbaycandır. Amma bu bədbəxtlər başa düşmür ki, tək İsrail İrana bəsdir. Bu məsələdə heç Azərbaycana da ehtiyac yoxdur. Deməyim odur ki, Təbrizdə konsulluq ideyasını gündəmə gətirməklə İran bəd niyyətlərini faş elədi”. 

Politoloq onu da əlavə etdi ki, farslar İrandakı 200 min ermənini o qədər sevir ki, hətta Cənubi Azərbaycandan parlamentə deputatı da ermənilərdən seçib:

“Bu ucuz və iyrənc yollarla farslar ermənilərə yal verir, Azərbaycana qarşı çıxmağa onlara yol verir. Çünki, erməni-fars ittifaqı Azərbaycanın və onun dostlarının qarşısında çox cılız və zavallı görünür. Azərbaycan Prezidenti elan etdi ki, Şuşada yaxın vaxtlarda Türkiyənin konsulluğu açılacaq. Bu məncə fars-erməni cütlüyünə tərs şillədir. Düşünürəm ki, Azərbaycanın İsraildə səfirlik açmasının zamanı gəlib. Bu məncə, fars-erməni birliyinə çox böyük dərs və zərbə olardı”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO