Ərdoğan Qarabağda qəzaya düşən Binəli Yıldırımı ZİYARƏT ETDİ - FOTO 

Ərdoğan Qarabağda qəzaya düşən Binəli Yıldırımı ZİYARƏT ETDİ - FOTO 

Hazırda oxunan: Ərdoğan Qarabağda qəzaya düşən Binəli Yıldırımı ZİYARƏT ETDİ - FOTO 

100558

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda xəstəxanada AKP sədrinin müavini Binəli Yıldırıma, şəxsi mühafizəçisinə və millət vəkili Şamil Ayrıma baş çəkib.

Bizim.Media xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Ərdoğan Yıldırımla Ayrımın səhhəti ilə maraqlanıb, onlara şəfa diləklərini çatdırıb. Ərdoğanı səhiyyə naziri Fahrettin Koca müşayiət edib.
Azərbaycanda yol qəzasına düşən Binəli Yıldırım, Şamil Ayrım və polis rəisi Oğuzhan Dəmirci Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan Binəli Yıldırım, Şamil Ayrım və polis rəisi Oğuzhan Dəmirci Cəbrayıldan qayıdarkən yol qəzasına düşüblər.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO