Avropa İttifaqının texniki qiymətləndirmə qrupunun üzvləri Ermənistanın Azərbaycanla sərhəd Vardenis rayonunun yaşayış məntəqələrində olub.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan bildirib.
Nümayəndə heyətini Sarkisyanın özü, Ermənistan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandanı, polkovnik Vahram Qriqoryan və Vardenis icmasının rəhbəri Aharon Xaçatryan müşayiət edib.
Aİ-nin texniki qrupu Tretuk və Kutak kəndlərində olublar.
Qeyd edək ki, Aİ Ermənistanın Azərbaycanla sərhədinə 40 nəfərdən ibarət müşahidə missiyası göndərmək barədə qərar verib. Müşahidə missiyası 2 ay ərzində sərhəddə monitorinq aparacaq. Missiyanın bu ay Ermənistana gələcəyi bildirilsə də, dəqiq tarix açıqlanmayıb.
Müşahidə missiyasından əvvəl isə texniki qiymətləndirmə qrupu Ermənistana səfər edib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:12 / 19.10.2022
Aİ qrupu Ermənistan-Azərbaycan sərhədinə gedib - FOTO
Hazırda oxunan: Aİ qrupu Ermənistan-Azərbaycan sərhədinə gedib - FOTO
Hazırda oxunan: Aİ qrupu Ermənistan-Azərbaycan sərhədinə gedib - FOTO
100154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.