“Hakimiyyət İrəvanda nizam-intizam adı ilə soyğunçuluq edən zaman hansısa sərsəm ittihamlarla Köçəryanı cinayətdə günahlandıraq? Bəli, Köçəryana görə bir neçə nəfər ölüb. Amma Paşinyanın günahı ucbatından 5 min erməni ölüb. Savaşdan sonra daha 15 min erməni şikəst olub”.
Bizim.Media “yerkramas”a istinadən xəbər verir ki, bu sözləri erməni əsilli rusiyalı mediamaqnat Aram Qabrelyanov deyib.
“Bunlar Paşinyanın günahları haqqında dəlillərdir. Əlavə heç nə lazım deyil. Köçəryana qarşı irəli sürülən oğurluq faktları isə gic söhbətlərdir.
Ermənistanın hazırki Baş naziri cəmi 3 ilə korrupsiyaya bulaşıb. Onun həyat yoldaşı (Anna Akopyan) bu pullarla böyüdü. Arvadının qardaşı qaçaqmalçılıq bazarında ən böyük oyunçudur”.
Aram Qabrelyanovun fikrincə, indi hər şey Köçəryandan asılıdır. “Çünki görüləcək iş çoxdur”, - deyə mediamaqnat fikrini tamamlayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
19:25 / 28.01.2021
Paşinyanın qaynı qaçaqmalçılıqla məşğuldur – Rusiyalı mediamaqnatdan ŞOK FAKTLAR
Hazırda oxunan: Paşinyanın qaynı qaçaqmalçılıqla məşğuldur – Rusiyalı mediamaqnatdan ŞOK FAKTLAR
Hazırda oxunan: Paşinyanın qaynı qaçaqmalçılıqla məşğuldur – Rusiyalı mediamaqnatdan ŞOK FAKTLAR
10011
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.