Güləşçilərimiz dünya çempionatının FİNALINDA  

Güləşçilərimiz dünya çempionatının FİNALINDA  

Hazırda oxunan: Güləşçilərimiz dünya çempionatının FİNALINDA  

99983

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb. 

Bizim.Media xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı qırğızıstanlı Nurmuhammet Abdullayevlə qarşılaşıb. 

Rəqibinə 3:1 hesabı ilə qalib gələn Məmmədli adını finala yazdırıb. Onun həlledici qarşılaşmadakı rəqibi türkiyəli Kerem Kamal olacaq. 

Bundan əlavə daha bir güləşçimiz U-23 dünya çempionatında finala yüksəlib. 

Belə ki, 72 kq-da çıxış edən Qurban Qurbanov yarımfinalda ukraynalı İrfan Mirzoyevi 7:1 hesabı ilə məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO