Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilib.
Məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Moldova arasında əlaqələrin daim inkişaf etməkdə olduğunu, ötən dövrdə müxtəlif sahələr üzrə imzalanan 63 əməkdaşlıq sənədinin əlaqələrin genişlənməsinə imkan verdiyini bildirib.
İki ölkənin əlaqələrinin sosial sahəni də əhatə etdiyini diqqətə çatdıran S.Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ilə Moldova Milli Sosial Sığorta Kassasının fəal əməkdaşlığını qeyd edib.
M.Spatar Moldavanın Azərbaycanla əlaqələrini daim genişləndirməkdə maraqlı olduğunu, iki ölkənin sosial sahədə əməkdaşlığının da daim genişlənəcəyinə əminliyini, hazırkı səfərinin də bu məqsədə yönəldiyini bildirib.
O, səfər zamanı DOST mərkəzi ilə də tanış olduğunu, Azərbaycanın DOST təcrübəsini öyrəndiklərini və DOST konsepsiyasını Moldovada tətbiq etmək niyyətində olduqlarını bildirib.
M.Spatar həmçinin Azərbaycanın sosial sahədə elektron texnologiyaların, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində təcrübəsinə maraq göstərdiklərini də diqqətə çatdırıb.
Görüşün yekunu olaraq S.Babayev və M.Spatar “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzalayıblar.
Sənəddə əmək, məşğulluq, əhalinin sosial müdafiəsi sahələrində müvafiq qanunvericiliyin və əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarətin təkmilləşdirilməsi, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün preventiv tədbirlərin həyata keçirilməsi, işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığının təşkili, həssas əhali qruplarının məşğulluq imkanlarının genişləndirilməsi, əlilliyi olan şəxslərin tibbi, sosial və məşğulluq problemlərinin həlli, sosial xidmətlər və s. kimi sahələrdə gələcək əməkdaşlıq istiqamətləri əksini tapır.
Sənədin imzalanmasından sonra keçirilən brifinqdə S.Babayev və M.Spatar yeni imzalanan Memorandumun iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın inkişafında önəmli rol oynayacağına əminliklərini ifadə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:55 / 18.10.2022
Azərbaycan Moldova ilə məşğulluq sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO
Hazırda oxunan: Azərbaycan Moldova ilə məşğulluq sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO
Hazırda oxunan: Azərbaycan Moldova ilə məşğulluq sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO
99979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.