2 güləşçimiz dünya çempionatında yarımfinala çıxıb

2 güləşçimiz dünya çempionatında yarımfinala çıxıb

Hazırda oxunan: 2 güləşçimiz dünya çempionatında yarımfinala çıxıb

99966

Azərbaycanın daha 2 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

Bizim.Media xəbər verir ki, 60 kq-da Nihat Məmmədli və 72 kq-da Qurban Qurbanov finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Mübarizəyə təsnifat mərhələsindən başlayan Məmmədli ardıcıl olaraq, Oljas Sultan (Qazaxıstan), Sumit Sumit (Hindistan) və Vladislav Kuzkoya (Ukrayna) qalib gəlib. İdmançı bu raundda Nurmuhammet Abdullayev (Qırğızıstan) ilə qarşılaşacaq.
Qurbanov isə yarımfinaladək Yanis Nifri (Fransa), Randel Uibo (Estoniya) və Amir Abdini (İran) məğlub edib. O, finala gedən yolda İrfan Mirzoyevi (Ukrayna) sınağa çəkəcək.

Qeyd edək ki, bu gün həmçinin 55 kq-da yarışan Nihad Quluzadə final görüşünə çıxacaq. O, qızıl medal uğrunda Poya Marzla (İran) qarşılaşacaq.

63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir)/Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran)/Marin Nişimura (Yaponiya) duelinin güclüsü isə güləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO