Ararat Mirzoyan erməni jurnalistə: “Çavuşoğlu ilə görüşə hazıram”

Ararat Mirzoyan erməni jurnalistə: “Çavuşoğlu ilə görüşə hazıram”

Hazırda oxunan: Ararat Mirzoyan erməni jurnalistə: “Çavuşoğlu ilə görüşə hazıram”

99948

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşə hazır olduğunu, bu cür görüşlərdən diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində real addımlar gözlədiyini deyib.

Bizim.Media xəbər verir ki, Mirzoyan bu barədə Norveçin xarici işlər naziri Anniken Huitfeldtlə birgə mətbuat konfransında danışıb.

“Biz Türkiyə ilə dialoqun uğurla başa çatmasında maraqlıyıq. Bu dialoqa kömək edəcək hər hansı toplantının keçirilməsinin tərəfdarıyam. Mən heç vaxt bunun əleyhinə olmamışam. Belə görüşlər zamanı tərəflər ölkələr arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması üçün səmimi və ciddi addımlar atmalıdır”, - XİN rəhbəri erməni jurnalistin türkiyəli həmkarı ilə görüşə hazır olub-olmaması ilə bağlı sualını cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO