Qubada şəhidin xatirə lövhəsi açıldı - FOTO 

Qubada şəhidin xatirə lövhəsi açıldı - FOTO 

Hazırda oxunan: Qubada şəhidin xatirə lövhəsi açıldı - FOTO 

99741

2020-ci il oktyabr ayının 15-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Cəlil Xeyrullayevin doğulduğu İkinci Nügədi kəndindəki evinin qarşısında xatirə lövhəsinin açılış mərasimi baş tutub. 

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, açılışda rayon İH başçısının müavinləri, yerli DTX rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, sakinlər, ictimaiyyət nümayəndələri iştirak edib. 

Mərasimdə çıxış edən Quba İH başçısının 1-ci müavini Tariyel İbrahimov Daxili İşlər Nazirliyinin çavuşu olmuş Cəlil Xeyrullayevin Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən ətraflı danışıb. 

Onun vaxtilə qulluq etdiyi hərbi hissənin komandiri Zaur Rəhimov Cəlilin Kəlbəcər, Füzuli, Cəbrayıl rayonlarının alınmasında xüsusi şücaət göstərdiyini vurğulayıb, onun gənclərə gözəl nümunə olan qısa, lakin mənalı həyat yaşadığını diqqətə çatdırıb. 
İkinci Nügədi kəndinin məktəbliləri Cəlil Xeyrullayevin anım günündə vətənpərvərlik mövzusunda şeirlər səsləndirməklə onu özlərinə ideal qəhrəman seçdiklərini söyləyiblər. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO