Hava balonunda ölkəyə 5 kq qızıl keçirmək istədi - VİDEO

Hava balonunda ölkəyə 5 kq qızıl keçirmək istədi - VİDEO

Hazırda oxunan: Hava balonunda ölkəyə 5 kq qızıl keçirmək istədi - VİDEO

9973

Ölkəyə Türkiyədən qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, əşyaların ölkəmizə yük daşıyan “Mercedes-Benz Actros” markalı nəqliyyat vasitəsində gətiriləcəyi müəyyənləşdirilib.

“Mazımçay” gömrük postu vasitəsilə ölkə ərazisinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb və sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında yerləşən hava balonunun içərisində şübhəli cizgilər müşahidə olunduğundan yük avtomobili ətraflı yoxlamaya cəlb olunub.

Bu zaman hava balonunun içərisindən müxtəlif rəngli falqalara bükülən, üzəri yapışqan lentlə sarınmış bağlamalarda 1400 ədəddən çox, ümumi çəkisi 5397 qram qızıl-zinət əşyaları aşkar olunub.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO