Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10 154,4 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % çox vəsait yönəldilib.
Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 13,5 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 18,1 % artıb.
9 ay ərzində istifadə olunmuş vəsaitin 5 993,9 milyon manatı və yaxud 59 %-i məhsul istehsalı sahələrinə, 3 500,4 milyon manatı və yaxud 34,5 %-i xidmət sahələrinə, 660,1 milyon manatı və yaxud 6,5 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 7665,6 milyon manatını və yaxud 75,5 %-ni daxili vəsaitlər təşkil edib, 7 359,8 milyon manatı və yaxud 72,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:32 / 17.10.2022
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 5% artıb
Hazırda oxunan: Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 5% artıb
Hazırda oxunan: Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 5% artıb
99662
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.