“Sabah” klubu 20-ci ev qələbəsini qazandı

“Sabah” klubu 20-ci ev qələbəsini qazandı

Hazırda oxunan: “Sabah” klubu 20-ci ev qələbəsini qazandı

99595

“Sabah” klubu Azərbaycan Premyer Liqasında 20-ci ev qələbəsini qazanıb. Yubiley “Zirə” ilə qarşılaşmaya təsadüf edib. Azərbaycan Premyer Liqasının X turunun matçında meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. “Sabah” 20-ci qələbəsini 57-ci oyununda əldə edib.

Bizim.Media xəbər verir ki, Bakı klubu öz meydanında ən azı 20 dəfə üç xal qazanan 32-ci komanda olub. Paytaxt təmsilçisi eyni sayda qələbə əldə edən “Səbail” və “Bakılı”ya çatıb.

Qeyd edək ki, “Sabah” Premyer Liqadakı ilk ev qələbəsini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində qazanıb – 1:0.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO