“Azərbaycan Ermənistanla münaqişənin qurbanıdır” – Qarabağ haqda kitab yazan niderlandlı 

“Azərbaycan Ermənistanla münaqişənin qurbanıdır” – Qarabağ haqda kitab yazan niderlandlı 

Hazırda oxunan: “Azərbaycan Ermənistanla münaqişənin qurbanıdır” – Qarabağ haqda kitab yazan niderlandlı 

99511

“Azərbaycan Ermənistanla münaqişənin qurbanıdır, onun xalqına və ərazisinə böyük ziyan dəyib”.

Bizim.Media xəbər verir ki, bunu Qarabağın tarixi haqqında kitab yazan niderlandlı Henri Vanrens deyib.

“Fevral ayında burada olmuşam, çox faciəvidir. Yazdığım kitaba indiki səfərimlə bağlı da bir hekayə əlavə edəcəyəm və dövlətimdən bu barədə düşünməyi xahiş edəcəyəm, çünki Niderland hələ də Azərbaycan xalqına qarşı törədilmiş soyqırımını tanımayıb”, - o, bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl o, Avropa Parlamentinin bəzi nümayəndələrinə məktub yazaraq onları açıq şəkildə ermənipərəst mövqedə ittiham edib, lakin hələ də heç bir cavab gəlməyib.

Qeyd edək ki, oktyabrın 15-də xarici ekspertlərdən və QHT nümayəndələrindən ibarət nümayəndə heyəti Xocavənd rayonunun erməni işğalından azad edilmiş Edilli kəndində olub. Heyətin tərkibinə Çexiya, Niderland, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT nümayəndələri daxildir. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO