Tələbələrin etirazlarına BAXILDI – Yol genişləndirilir - VİDEO 

Tələbələrin etirazlarına BAXILDI – Yol genişləndirilir - VİDEO 

Hazırda oxunan: Tələbələrin etirazlarına BAXILDI – Yol genişləndirilir - VİDEO 

99477

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri paytaxtın mərkəzindən təhsil aldıqları universitetə gələn yeganə marşrut xətti olan 199 saylı avtobusların yolunun bağlanması ilə bağlı ötən ay müraciət yayıblar.

Tələbələr “Vaz” adı ilə tanınan dairənin tamamilə bağlanması səbəbindən avtobusların universitetin qarşısına gələ bilmədiyini, buna görə hər gün əlavə yarım saat vaxt itirdiklərini bildiriblər.
Bizim.Media xəbər verir ki, artıq həmin ərazidə nəqliyyatın rahat hərəkəti üçün geriyədönmə işləri aparılır.

Bununla bağlı sosial şəbəkələrdə video görüntülər yayılıb.

Belə ki, “Vaz” dairəsində ümumi 1400 metrlik ərazi genişləndirilərək avtobusların rahat hərəkəti təmin olunacaq. Sürücülər yaxın məsafədən geridönmə edə biləcəklər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO