Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirin II tur oyunları başlayır

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirin II tur oyunları başlayır

Hazırda oxunan: Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirin II tur oyunları başlayır

99469

Oktyabrın 16-da şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həvəskar komandalar arasında Ənənəvi Futbol Turnirində II tura start veriləcək.

Bizim.Media xəbər verir ki, A qrupunda "Ada Təpə" "Media" ilə qarşılaşacaq B qrupunda isə "Göyçə" "Sadaxlı" oyunu keçiriləcək.

Komandaların heyətləri belədir:

Qarşılaşmalar saat 09:30-da "Vətən" İdman Klubunun stadionunda ardıcıllıqla baş tutacaq.

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO