Su basmış ərazidə sürücülər bu yoldan İSTİFADƏ EDƏCƏK

Su basmış ərazidə sürücülər bu yoldan İSTİFADƏ EDƏCƏK

Hazırda oxunan: Su basmış ərazidə sürücülər bu yoldan İSTİFADƏ EDƏCƏK

99458

Xəbər verdiyimiz kimi, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında qəza baş verib. Nəticədə, Bakı-Qazax magistralı və əks istiqamətdə uzun tıxaclar yaranıb.

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görüldüyünü bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli “Qafqazinfo”ya bildirib ki, su basmış ərazidə ikitərəfli hərəkəti təmin etmək üçün artıq müvafiq qabaqlayıcı tədbirlər görülüb:
“Su basmış əraziyə nəqliyyat vasitələrinin keçməməsi üçün su qəzası yerinə çatmamış dəmir arakəsmələr sökülüb. Belə ki, ikitərəfli hərəkətin təmin olunması üçün nəqliyyat vasitələrinin istiqaməti digər hissəyə yönəldilib. Yoldan su çəkilənədək əks-istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO