Oktyabrın 17-dən 23-dək İspaniyanın Pontevedra şəhərində U-23 dünya çempionatı keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının məlumatında bildirilir.
Yarışın ilk günlərində Azərbaycanın yunan-Roma güləşi üzrə millisi mübarizə aparacaq.
Bildirilir ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Qurban Qurbanov (72 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) çıxış edəcək.
Qadınların yarışında baş məşqçi əvəzi Rövşən Umudov və böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (59 kq), Birgül Soltanova (62 kq) və Nigar Mirzəzadə (65 kq) ölkəni təmsil edəcək.
Yarışın son günlərində isə sərbəst güləşçilər qalibləri müəyyənləşdirəcəklər.
Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Tofiq Əliyev (57 kq), İntiqam Vəlizadə (61 kq), Kənan Heybətov (70 kq), Xadjimurad Qadjiyev (74 kq), Əşrəf Aşırov (79 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, I-S kateqoriyalı hakim Sədi Quliyev DÇ-də ədaləti qoruyacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:25 / 14.10.2022
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz - ADLAR
Hazırda oxunan: Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz - ADLAR
Hazırda oxunan: Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz - ADLAR
99317
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.