Xəyanətə görə uşaq anadan alına bilər? – Hüquqşünasdan AÇIQLAMA

Xəyanətə görə uşaq anadan alına bilər? – Hüquqşünasdan AÇIQLAMA

Hazırda oxunan: Xəyanətə görə uşaq anadan alına bilər? – Hüquqşünasdan AÇIQLAMA

99297

Yaxın 5 illə müqayisədə evli cütlüklərin, xüsusən də gənclərin boşanmaq üçün müraciətləri adi hal alıb. Hər iki tərəfdən də kifayət qədər çox müraciətlər olsa da yenədə müqayisədə boşanmaq istəyənlər arasında qadınlar üstünlük təşkil edir. Bunun əsas səbəbi isə məhz qadınların daha çox zorakılığa və xəyanətə məruz qalmasıdır. Amma təəssüflə qeyd etmək olar ki, hazırda kişi xəyanətləri ilə yanaşı, qadınlar da analoji halı təkrarlayır. Bu zaman hər iki halda çətinlik yaşayan körpələr olur. Hətta qarşı tərəf uşaqların anadan alınmasını da tələb edir. 

Bəs bu hal qanunla necə tənzimlənir? Boşanma zamanı uşaqların əsasən analarında qaldığını nəzərə alsaq, xəyanət faktı olduğu təqdirdi, uşaqlar anadan alına bilərmi?

Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında suallara aydınlıq gətirib. Onun sözlərinə görə, uşaqların bu halda atadan və ya anadan alınıb qarşı tərəfə verilməsi qanunda birbaşa nəzərdə tutulmayıb:

“Burada ilkin olaraq müəyyən etmək lazımdır ki, uşaqların neçə yaşı var. Əgər 10 yaşdan yuxarıdılarsa, onların özlərinə səs hüququ verərək kimin yanında qalmaq istədiyini öyrənirlər.

İkincisi isə əgər qarşı tərəf uşaqları almaq istəyirsə, məhkəməyə müraciət edir. Xəyanət və bu kimi faktlar məhkəmədə uşaqların hər hansı valideynindən alınmasında o qədər də rol oynamır.

Lakin qadın və ya kişinin düzgün olmayan həyat tərzi olduğu sübut olunarsa, son qərarda nəzərə alına bilər. Biz bu hallarda İcra Hakimiyyətlərinin nəzdində Qəyyumluq və Himəyəçilik komissiyasına müraciət edirik. Azyaşlıların işləri üzrə komissiya sorğumuza baxaraq, məsələləri araşdırır”, - deyən Ə.Mustafayev yekun nəticəyə uyğun olaraq qərarın verildiyini bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO