Azərbaycana aid nadir fotolar bərpa olunacaq - FOTO

Azərbaycana aid nadir fotolar bərpa olunacaq - FOTO

Hazırda oxunan: Azərbaycana aid nadir fotolar bərpa olunacaq - FOTO

99275

“İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən “İçərişəhər” Muzey Mərkəzinin fondunda Bakının özünə, İçərişəhərə, Qarabağa və Azərbaycanın digər bölgələrinə dair nadir foto və neqativlər saxlanılır. Bu saxlama vahidlərinin əksəriyyəti keçmiş tanınmış fotoqraflardan olan A.Mişon, İ.Rubençik, H.Hüseynzadə, Y. Raxil, Y.Şamilov və digər fotoqrafların müəllifliyinə məxsusdur. 

Bizim.Media xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsindən bildirilib. 

“İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və səfir Dr. Ralf Horleman arasında Almaniyanın Federal Xarici İşlər Nazirliyinin “Mədəniyyətin qorunması” proqramı çərçivəsindəki qrantın verilməsi haqqında müqavilə imzalanmışdır. 

Qrant layihəsində Azərbaycanda ilk dəfə olaraq XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə aid şüşə neqativlərin, nadir fotoların bərpası, çapı, rəqəmsallaşdırılaraq elektron bazaya daxil edilməsi, kataloq və bukletlərin nəşri kimi mühüm işlər həyata keçiriləcəkdir. 
 Təsdiq edilən qrant ölkəmizin irsinin qorunması, tədqiqi və təbliğinə yönəldiləcəkdir. Nadir fotoların bərpası-yeni tədqiqatlara və yeni kəşflərə tükənməz imkanlar yaradacaq.

Nadir fotoların bərpası ilə Bakı, həmçinin İçərişəhər, Qarabağ və Azərbaycanın digər bölgələrindəki abidələr, tarixi yerlər, binaların bu günədək məlum olmayan görüntüləri əldə ediləcək, bu da yeni araşdırmalara, yeni tapıntılara, dünyəvi irsimiz haqqında məlumatların daha da zənginləşdirilməsinə səbəb olacaqdır.
Layihə prosesində mühüm nəticələrdən biri də fotoneqativlərin, fotoların bərpası və konservasiyası sahəsində ən təkmilləşmiş kadrların yetişdirilməsi olacaqdır. Layihəyə tərəfdaşı kimi Gürcüstan Milli Muzeyinin fotoarxivlərin mühafizəsi və konservasiyası sahəsindəki mütəxəssisləri də cəlb ediləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO