Qırmızı diplomlu müəllimlər iş tapmırlar – DEPUTAT

Qırmızı diplomlu müəllimlər iş tapmırlar – DEPUTAT

Hazırda oxunan: Qırmızı diplomlu müəllimlər iş tapmırlar – DEPUTAT

99236

"Müəllim ixtisası üzrə qırmızı diplom alanlar işləyə bilmirlər". 

Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 

“Məzunlara deyirlər ki, get attestasiya imtahanından keç. Təsəvvür edin, bu məzunlar 5-6 il təhsil alırlar, sonra gedib işə qəbul olmaq üçün attestasiya imtahanından keçirlər. 

İxtisasartırma elə olmalıdır ki, 2 aya buranı bitirməlidirlər. Bu, elə həkimlərə də aiddir. Ali məktəbi bitirənlər niyə gedib yenidən təhsil almalıdır?

Bu adamlar dövlətdən diplom alırlar. Ödənişli əsaslarla təhsil alan ali məktəb məzunlarını da qeyd etmək lazımdır. Çünki bu uşaqlardan universitetlər il ərzində 3500-4500 manat pul alır. Belə çıxır ki, ödədikləri bu məbləğlər boşa gedir”, – deyə Siyavuş Novruzov bildirib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO