Qubada qeyri-adi OLAY – Bir yanda qar yağır, digər yanda ağaclar çiçəkləyir... - FOTO/VİDEO

Qubada qeyri-adi OLAY – Bir yanda qar yağır, digər yanda ağaclar çiçəkləyir... - FOTO/VİDEO

Hazırda oxunan: Qubada qeyri-adi OLAY – Bir yanda qar yağır, digər yanda ağaclar çiçəkləyir... - FOTO/VİDEO

99201

Qubada təbiət sürpriz etməkdə davam edir. Ötən gün rayonun Xaltan kəndində sakinlərdən birinin həyətində alma ağacının çiçək açdığı barədə məlumat vermişdik.  

Analoji hadisə bu gün səhər Xaltan İnzibati Ərazi Dairəsinin Nütəh kəndində qeydə alınıb. Bu dəfə kənd sakini Əmrəddin Əsgərovun həyətindəki albalı ağacı gül açıb. Bu, sakinlərin böyük marağına səbəb olub.  

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, ev sahibi və sakinlər belə maraqlı təbiət hadisəsi ilə ilk dəfə rastlaşdıqlarını deyirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Quba və Qusar dağlarında QAR – FOTO/VİDEO   


Nütəh kənd sakini İftixar Əsgərovun Bizim.Media-ya təqdim etdiyi fotolarda ağacın yayda olduğu kimi əsl çiçək açdığı aydın görünür.  

İftixar Əsgərovun sözlərinə görə, yaşlı sakinlər bunu təbiətin möcüzəsi hesab edir. Onlar inanca görə, bunu qışın sərt gəlməsi barədə təbiətin xəbərdarlığı hesab edirlər. Yəni meyvə ağacının payız ayında çiçəkləməsi qarşıda qışın daha soyuq keçəcəyinə işarədir.  
Qubanın dağlarında qar yağdığı bir vaxtda, diğər bir istiqamətdə ağacın çiçək açmasını isə təbiətin möcüzəli sürprizi hesab etmək olar.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO