Brakonyer Ağgöl Milli Parkının mühafizəçilərinə atəş açdı

Brakonyer Ağgöl Milli Parkının mühafizəçilərinə atəş açdı

Hazırda oxunan: Brakonyer Ağgöl Milli Parkının mühafizəçilərinə atəş açdı

99194

Brakonyer Ağgöl Milli Parkının mühafizəçilərinə atəş açıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.

Onun sözlərinə görə, Milli Parkın əməkdaşları parkın ərazisində keçirilən nəzarət tədbirləri zamanı gecə saat 2 radələrində qanunsuz balıq ovlayan şəxslər müəyyən edib. 

O qeyd edib ki, əməkdaşların qanuni tələblərinə tabe olmayan brakonyerlərdən biri ov tüfəngi ilə atəş açıb və ərazidən qaçıb. Hadisə zamanı xəsarət alan olmayıb, brakonyerlərdən biri saxlanılıb:

“Araşdırma zamanı saxlanılan brakonyerin Beyləqan rayon sakini Bəylər Fərzalızadə olduğu müəyyən edilib. Digər brakonyerin tapılması və hər iki təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanına müraciət olunub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO