Neftçalada ağır QƏZA – Yaralılar var  

Neftçalada ağır QƏZA – Yaralılar var  

Hazırda oxunan: Neftçalada ağır QƏZA – Yaralılar var  

99186

Neftçalada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Kürün Şirvan tayında II Qaralı kəndində qeydə alınıb.  

Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza zamanı Bakının Sabunçu rayon sakini, 1991-ci il təvəllüdlü İbrahimov Rüfət Oqtay oğlu, Masallı rayonunun Təklə kənd sakinləri, 1961-ci il təvəllüdlü Həsənov Nadir Əbil oğlu və 1983-cü il təvəllüdlü Abışov Camaııəddin müxtəlif dərəcəli xəsarətlər alıb. 

Xəsarət alanlar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO