Bakı Dövlət Sirkində İLK - Qarabağ atları ilə kompozisiya

Bakı Dövlət Sirkində İLK - Qarabağ atları ilə kompozisiya

Hazırda oxunan: Bakı Dövlət Sirkində İLK - Qarabağ atları ilə kompozisiya

98974

Bakı Dövlət Sirki uzun illərdən sonra ilk milli sirk nömrəsini formalaşdırıb. 

Bizim.Media xəbər verir ki, sirk nömrəsində rəqqaslar Qarabağ atları ilə möhtəşəm və xüsusi kompozisiya nümayiş etdirib. 

Kompozisiya beynəlxalq sirk arenasında da nümayiş oluna biləcək ilk milli sirk şousu olacaq. 

Proqramın zəngin repertuarında əcnəbi qonaqların heyrətləndirici çıxışlarına yer verilib. Belə ki, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastlarının fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları bütün tamaşaçıları heyrətləndirib. 

Qeyd edək ki, “Beynəlxalq Sirk: Festival Qalibləri” adlı sirk proqramının təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının ali mükafatçısı Allahverdi İsrafilovdur. Beynəlxalq sirk proqramı oktyabrın 14-dən başlayaraq noyabrın 27-ə kimi davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO