\

\"Ukrayna müharibənin dinamikasını öz xeyrinə dəyişib\" - ABŞ müdafiə naziri

Hazırda oxunan: \"Ukrayna müharibənin dinamikasını öz xeyrinə dəyişib\" - ABŞ müdafiə naziri

98906

“Ukrayna Silahlı Qüvvələri müharibənin dinamikasını öz xeyrinə dəyişib”. 

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Oustin deyib. 

Onun sözlərinə görə, Ukrayna yüzlərlə yaşayış məntəqəsini və minlərlə kvadrat kilometr ərazini Rusiyanın işğalından azad edib:

“Biz Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə davam edəcəyik”. 

Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin görüşü keçirilir. İclasa Alyansa üzv olan ölkələrin hərbi nazirləri ilə yanaşı, bir neçə dövlət də dəvət olunub. Toplantıda 50-yə yaxın ölkə təmsil olunur. Toplantı çərçivəsində həmçinin Ukrayna ilə bağlı təmas qrupunun iclası keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO