"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ABŞ üçün prioritetdir" - Prays

Hazırda oxunan: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ABŞ üçün prioritetdir" - Prays

98799

"Ötən ay Nyu-Yorkda ABŞ Dövlət katibinin iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçirilib. Bu, son toqquşmalardan sonra nazirlərin şəxsən bir araya gəlməsi idi". 

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair suala cavabında deyib. 

"Dövlət katibi Blinken eyni zamanda, Ermənistan və Azərbaycan liderləri ilə təmasdadır. ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker də hər iki ölkədəki maraqlı tərəflərlə gündəlik əlaqə saxlayır" - deyə Prays qeyd edib. 
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi ABŞ üçün prioritet olacaq qalacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO