Roza ilə Rövşanə aktrisaya OD PÜSKÜRDÜLƏR:

Roza ilə Rövşanə aktrisaya OD PÜSKÜRDÜLƏR: "BİABIRÇILIQDIR" - VİDEO 

Hazırda oxunan: Roza ilə Rövşanə aktrisaya OD PÜSKÜRDÜLƏR: "BİABIRÇILIQDIR" - VİDEO 

98756

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Ümid ilə gəl” ictimai-sosial verilişin efirində aktrisa Nəzakət Məmmədovanın həyat yoldaşının ona qardaşı arvadı ilə xəyanət etdiyi ilə bağlı açıqlaması cəmiyyətdə şok effekti yaradıb.  

Bizim.Media xəbər verir ki, sözügedən verilişdə qonaq olan aparıcı Rövşanə Ağasəfqızı ilə müğənni Roza Zərgərli aktrisanın qalmaqallı həyatını üzə çıxartmasına etiraz ediblər.  

Rövşanə Nazəkətin bu məsələni ictimailəşdirməsini biabırçılıq adlandırıb:

“Biabırçılığa bax. Qardaşı arvadı bir hoqqa çıxardıb, öz əri bir… Dəhşətli bir şeydir. Olmaz! Elə şeylər var ki, onu efirdə demək, göstərmək olmaz. Bunu ictimailəşdirmək düzgün deyil”. 

Roza isə Rövşanə ilə həmfikir olduğunu vurğulayaraq, aktrisanı tənqid edib.  

Qeyd edək ki, N. Məmmədova çıxışında söylədiyi “Həyat yoldaşım mənə qardaşımın arvadı ilə xəyanət etdi. Onları birgə öz evimdə tutdum. Həyat yoldaşım mənə söylədi ki, bu haqda kiməsə danışsan səni öldürərəm. Məndə 6 ay susdum. Bu hadisədən sonra qardaşım da, mən də boşandım. İndi mənə xəyanət edən ataya öz övladını göstərim?” - ifadələri ilə gündəmi alt-üst edib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO