İlham Əliyevə Azərbaycan dilində yazılmış  kitab təqdim edildi - FOTO-VİDEO

İlham Əliyevə Azərbaycan dilində yazılmış  kitab təqdim edildi - FOTO-VİDEO

Hazırda oxunan: İlham Əliyevə Azərbaycan dilində yazılmış  kitab təqdim edildi - FOTO-VİDEO

98745

Oktyabrın 11-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.

Bizim.Media xəbər verir ki, rəsmi qəbulda konsert proqramı təqdim olunub. 

Qırğızıstan Prezidenti Sadır Japarov Ulu Öndər Heydər Əliyevlə bağlı fotoalbomu dövlətimizin başçısına təqdim edib. 

Prezident Sadır Japarov çıxış edib: “Hörmətli İlham Heydər oğlu, bizim ölkədə Heydər Əlirza oğlu Əliyevin olduqca çox pərəstişkarı var.

Bu, boş sözlər deyil. Bu, sübutdur – mən əlimdə “Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyev barədə xatirə” albomunu tutmuşam. Bu albomu onun pərəstişkarları hazırlayıblar və məndən xahiş ediblər ki, onu Sizə çatdırım. İcazənizlə Sizə təqdim edirəm”. 

Prezident İlham Əliyev Qırğızıstan rəhbərinə belə xatirə hədiyyəsinə görə minnətdarlığını bildirib:

“Hörmətli Sadır Nurqojoyeviç, sağ olun. Biz burada videokadrlarda Heydər Əlirza oğlunun “Manas”ın minilliyi təntənələrində iştirakını gördük və bizim nümayəndə heyətimizin bütün üzvləri, - mən onların hisslərinə şərikəm, - eyni hissləri, fəxarət hisslərini, onun Azərbaycan və Qırğız xalqlarının qardaşlıq yolunu davam etdirdiyimizlə bağlı hissləri keçirdik. Lakin Siz mənə hələ bir kitab da bağışlamışınız”. 

Kitab haqqında məlumat verən Sadır Japarov onun sadəcə, qırğızlar haqqında olduğunu bidirib. 

Prezident İlham Əliyev kitabın dəyərini yüksək qiymətləndirib: “Qırğızlar haqqında Azərbaycan dilində kitabdır. Bu kitab ona görə hörmətə layiqdir ki, biz öz dillərimiz - ortaq köklərə malik Azərbaycan dili və Qırğız dili vasitəsilə bir-birimizi anlamalıyıq, bir-birimizin tarixi ilə fəxr etməliyik və bu gün razılaşdığımız kimi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bizdən asılı olan hər şeyi etməliyik. Bir daha sağ olun”. 



21.20

Oktyabrın 11-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib. 

Bizim.Media xəbər verir ki, rəsmi qəbulda konsert proqramı təqdim olunub. 

Qırğızıstan Prezidenti Sadır Japarov Ulu Öndər Heydər Əliyevlə bağlı fotoalbomu dövlətimizin başçısına təqdim edib. 

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO