Qusardakı qəzada xəsarət alanlardan XƏBƏR VAR - YENİLƏNİB

Qusardakı qəzada xəsarət alanlardan XƏBƏR VAR - YENİLƏNİB

Hazırda oxunan: Qusardakı qəzada xəsarət alanlardan XƏBƏR VAR - YENİLƏNİB

98730

Qusarın Köhnə Xudat kəndində baş verən qəzada yaralıların kimliyi müəyyənləşdirilib.

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, rayon mərkəzi xəstəxanasına çatdırılan 6 yaralıdan biri - Hil kənd sakini , 36 yaşlı Elşən Laçınov cərrahiyyə əməliyyatı olunub. Onun dalağından ciddi xəsarət aldığı bildirilir. 

Digər 5 yaralı - Hil kənd sakinləri, 32 yaşlı Elvira Əmiraslanova və 17 yaşlı Naira Paşayeva, Gədəzeyxur kənd sakini, 30 yaşlı Murad Məmmədov, Düztahir kənd sakini, 33 yaşlı Elvin Heybətov, Gədəzeyxur kənd sakini, 55 yaşlı Piyalə Məmmədova isə müxtəlif xəsarətlərlə qəbul şöbəsinə yerləşdiriliblər.  
Yaralıların mikroavtobusun sərnişinləri olduğu bildirilib. 

Hadisə ilə əlaqədar olaraq Qusar polis şöbəsinin əməkdaşları tərəfindən araşdırma başlayıb.

18.51

Qusarda ağır yol qəzası qeydə alınıb. 

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə Qusar -Həzrə yolunun rayonun Köhnə Xudat kəndindən keçən hissəsində "Vaz-2107" markalı avtomobillə "Mersedes" markalı amikroavtobus toqquşub. 

Hadisə nəticəsində 6 nəfər yaralanıb. Yaralılar Qusar rayon mərkəzi xəstəxanasının təcili yardım avtomobili ilə tibb müəssisəsinə çatdırılıb. 

Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO