Hər 10 nəfərin 7-də BREKET - Əyri dişlərdən necə QURTULAQ?

Hər 10 nəfərin 7-də BREKET - Əyri dişlərdən necə QURTULAQ?

Hazırda oxunan: Hər 10 nəfərin 7-də BREKET - Əyri dişlərdən necə QURTULAQ?

98664

Son illər diş əyrilikləri ilə bağlı problem daha qabarıq hal alıb. Diş əyriliklərinin əvəzolunmaz müalicə üsulu breketdir və bu üsuldan hazırda çox geniş istifadə olunur.

Bu gün hər 10 nəfərdən 7-nin ağız boşluğunda breket görmək mümkündür. Xüsusən, uşaq yaşlarında meydana gələn bu xəstəlik dişlərin quruluşunun itməsinə səbəb olur ki, bu da xəstənin gələcəkdə qüsurlu ağız qruluşuna sahib olmasına yol açır.

Əvvəllər bu aparatlar olmadığından sözügedən problemi aradan qaldırmaq çətin idi. Son texnalogiyalardan sonra əyri dişlərdən qurtulmaq əlçatan olub.
Bəs, diş əyriliklərinin köklü səbəbləri nədir?

Tibb elmləri üzrə fəlsəfə doktoru, ağız və çənə cərrahı, estetik stomatoloq Hüseyn Hüseynzadə Bizim.Media-ya açıqlamasında diş əyriliklərinin yaranma səbəblərindən danışıb:

“Son 50 ildə gündəlik rasionda hazır və yumşaq qidaların sayı artdığına görə çeynəmə əzələlərinin, eləcə də çənə sümüklərinin inkişafı ləngiyir. Məsələn, 20 il əvvəl ağıl dişləri ağız boşluğunda tam çıxa bilirdi. İndi isə çıxa bilmir, ən yaxşı halda çənə sümüyünün içində qalır və əməliyyat olunaraq çıxır. Çənədə darlıq olduğuna görə ağıl dişləri çıxan zaman çənə sistemində sıxlıq yaradır və dişlər əyilir. Birinci səbəb qida rasionu ilə bağlıdır. İkinci səbəb tənəffüs hərəkətidir.

Burunda ət və ya travma olduqda, tənəffüs pis olanda dişlərdə əyrilik olur. Bundan əlavə uşaqlar körpə yaşlarında əmzik və ya barmaqlarını soran zaman diş sırasında əyriliklər əmələ gətirir. Bunlar isə breketin istifadəsi üçün göstərişdir. Kalsi çatışmazlığının da diş əyriliklərinə səbəb olması ilə bağlı söyləntilər var. Amma bu yalnış fikirdir. Kalsi və vitamin çatışmazlığı dişləri çürüdür, diş sırasının əyriliklərinə səbəb olmur”.

Həkimin sözlərinə görə breketin yaşı yoxdur. Diş əyriliklərini aradan qaldırmaq istənilən yaşda mümkündür:

“Müraciət edənlər arasında nəinki uşaqlar, gənclər, hətta 60 yaşında şəxslər də var. Məsələn vaxtından əvvəl dişlər çəkilir, diş sırası pozulur, dişlər aralanır və əyilir. Biz onu breketlə düz sıraya gətirib, boşluqlara implantlar yerləşdiririk və diş qüsurunu aradan qaldırırıq. Breket üçün yaş məhdudiyyəti yoxdur.
Sadəcə yaşa görə dişlərin düzəlmə müddəti uzun ola bilər. Məsələn, 16-17 yaş uşaqlarda 8 aya əmələ gəlirsə, yuxarı yaşlarda 1 il yarıma və ya 1 il 8 aya düzələ bilər. Çox vaxt valideynlər uşaqlarını vaxtında həkimə aparmırlar. Yalnız ağrıyanda, çürüyəndə və ya 6 yaşında daimi diş çıxaranda... Tövsiyyəm odur ki, 6 aydan uşaqlar stomotoluqn müayinəsindən keçsinlər. Bir qüsur və problem varsa, öncədən qarşısı alınsın”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO