İlham Əliyevin Bişkekdə rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO

İlham Əliyevin Bişkekdə rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO

Hazırda oxunan: İlham Əliyevin Bişkekdə rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO

98644

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, Azərbaycanın və Qırğızıstan Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevi Bişkek hava limanında Qırğızıstan prezidenti qarşıladı - FOTO


Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycanın və Qırğızıstan Dövlət himnləri səsləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamlayıb. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçib.

Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO