Sabahdan Azərbaycan ərazisində güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 11-i gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 15-20 m/s olacaq.
Azərbaycan rayonlarında isə oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Qərb küləyi 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:40 / 11.10.2022
Güclü külək əsəcək, yağış yağacaq - Əhaliyə XƏBƏRDARLIQ
Hazırda oxunan: Güclü külək əsəcək, yağış yağacaq - Əhaliyə XƏBƏRDARLIQ
Hazırda oxunan: Güclü külək əsəcək, yağış yağacaq - Əhaliyə XƏBƏRDARLIQ
98619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.