“Azərenerji” ASC 2021-ci ili 147,227 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2020-ci ildən 206,924 milyon manat xalis zərərlə çıxmışdı.
Bizim.Media xəbər verir ki, bununla da qurumun yığılmış zərəri 5,4 % azalaraq 2 601,2 milyon manata düşüb.
2021-ci ildə “Azərenerji”nin enerji satışından gəlirləri 1 280,912 milyon manat (2020-ci illə müqayisədə 19,4 % çox), elektrik şəbəkəsinə qoşulma xidmətindən və digər satış gəlirləri 8,825 milyon manat (7,3 dəfə çox), digər gəlirləri 36,1% azalaraq 30,598 milyon manat (36,1 % az), yanacaq xərcləri 634,845 milyon manat (24,6 % çox), köhnəlmə və amortizasiya xərcləri 220,644 milyon manat (13,8 % çox), heyətlə bağlı xərcləri 75,525 milyon manat (5,2 % çox), təmir və texniki xidmət xərcləri 101,754 milyon manat (7,5 % az), digər vergi ödəmələri 37,868 milyon manat (1,8 % az), xammal və materiallar üzrə xərcləri 6,869 milyon manat (2,1 dəfə az), alınmış elektrik xərcləri 26,602 milyon manat (3,1 dəfə çox), ƏDV-nin dəyərsizləşməsi ehtiyatında dəyişiklikdən zərəri 993 min manat (4,9 dəfə az), digər xərcləri 84,675 milyon manat (15,1% çox), maliyyə xərcləri 27,309 milyon manat (24 % az), xarici valyuta mübadiləsindən mənfəəti 84,42 milyon manat (2020-ci ildə zərər olub), əmlak, tikili, avadanlıq və əmlak, tikili və avadanlığın alınması üçün verilmiş avanslar üzrə dəyərsizləşmə mənfəəti 9,654 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri 50,098 milyon manat (4,7 dəfə çox) təşkil edib.
2022-ci il yanvarın 1-nə “Azərenerji”nin aktivləri 4 147,832 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3 % çoxdur.
Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 3 % azalaraq 2 503,293 milyon manata düşüb, balans kapitalı isə 13,65 % artaraq 1 644,539 milyon manata çatıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:32 / 11.10.2022
"Azərenerji" mənfəətlə işləməyə başlayıb
Hazırda oxunan: "Azərenerji" mənfəətlə işləməyə başlayıb
Hazırda oxunan: "Azərenerji" mənfəətlə işləməyə başlayıb
98543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.