Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində yazıb.
“Biz Ukraynanı dəstəklədiyinə görə Azərbaycana minnətdarlığımızı bildiririk! Bütün sivil dünya Ukraynanın dinc əhalisinə qarşı son cinayətlərə sərt reaksiya verməlidir. Bu gün bitərəf ölkələr yoxdur – təcavüzkarı dəstəkləyənlər və ya onun cinayətlərini pisləyənlər var!” – səfir qeyd edib.
Qeyd edək ki, bu gün Ukrayna şəhərləri Rusiya Silahlı Qüvvələri tərəfindən kütləvi raket hücumuna məruz qalıb. Təkcə Kiyevdə raket hücumu nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb.
Öz növbəsində Azərbaycanın Ukraynadakı səfirliyi Ukrayna şəhərlərinə raket hücumlarından narahatlığını ifadə edib.
“Biz həlak olanların ailələrinə, eləcə də Ukrayna xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını, Ukrayna xalqına isə başları üzərində dinc səma arzulayırıq", - səfirliyin bəyanatında deyilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:28 / 10.10.2022
Ukraynalı səfir dəstəyə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO
Hazırda oxunan: Ukraynalı səfir dəstəyə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO
Hazırda oxunan: Ukraynalı səfir dəstəyə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO
98451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.