Zelenski xalqa ÇAĞIRIŞ ETDİ: “Sığınacaqları tərk etməyin”  

Zelenski xalqa ÇAĞIRIŞ ETDİ: “Sığınacaqları tərk etməyin”  

Hazırda oxunan: Zelenski xalqa ÇAĞIRIŞ ETDİ: “Sığınacaqları tərk etməyin”  

98373

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının paytaxt Kiyev və digər vilayətlərə raket zərbəsi endirməsinə münasibət bildirib və xalqı sığınacaqları tərk etməməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı bildirib ki, Rusiya 229-cu gündür Ukrayna xalqını məhv etməyə çalışır. 

“Ukraynanın hər yerində hava hücumu səngimir. Raket zərbələri davam edir. Təəssüf ki, ölənlər və yaralananlar var”, - deyə V.Zelenski vurğulayıb. 

O, xalqını sığınacaqları tərk etməməyə çağırıb:  

“Özünüzün və yaxınlarınızın qayğısına qalın”. 

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO