Qubadakı ağır qəzada yaralanan azyaşlılar xəstəxanaya yerləşdirildi

Qubadakı ağır qəzada yaralanan azyaşlılar xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Qubadakı ağır qəzada yaralanan azyaşlılar xəstəxanaya yerləşdirildi

98355

Xəbər verdiyimiz kimi, bu gün Qubada avtomobilin vurması nəticəsində Günay Fərzəliyeva vəfat edib. Onun 2 oğlu da müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Uşaqlar Quba rayon mərkəzi xəstəxanasında müalicə və müayinə olunurlar.  

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, ailənin 11 yaşlı oğlu Əkbər başın ənsə nahiyəsinin kəsilmiş-deşilmiş yarası, sol topuq nahiyəsinin yerdəyişməmiş sınığı, 14 yaşlı İsmayıl isə qapalı baş-beyin travması, baş-beyin silkələnməsi və bədənin müxtəlif nahiyələrinin əzilmiş-cırılmış yaraları dioqnozu ilə Quba rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

11 yaşlı Əkbər artıq müayinədən sonra evə buraxılıb. 14 yaşlı İsmayıl isə reanimasiya şöbəsindədir, vəziyyətinin ağır olduğu deyilir.  

Günay Məhəmməd qızı Fərzəliyevanın atasıgildən öz evinə gələrkən qəzada düşdüyü deyilir. O iki oğlu ilə yolu keçərkən "Hyundai"markalı avtomaşının zərbəsinə tuş gəlib. Hazırda Quba rayon polis şöbəsində fakta görə cinayət işi açılıb. Sürücü Süleyman Firudin oğlu Məmmədovun hansı səbəbdən ana və 2 balasını vurması araşdırılır.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO