İradə İbrahimova YENİ GÖRKƏMDƏ - FOTO

İradə İbrahimova YENİ GÖRKƏMDƏ - FOTO

Hazırda oxunan: İradə İbrahimova YENİ GÖRKƏMDƏ - FOTO

98327

Türkiyədə yaşayan müğənni İradə İbrahimova imicini 180 dərəcə dəyişib. 

Bizim.Media xəbər verir ki, qısa saçlarını uzadan və onları sarı rəngə boyadan sənətçi yeni görünüşdə çəkdiyi fotosunu izləyiciləri ilə bölüşüb. 

Tərzi ilə seçilən İradə başına taxdığı iri həcimli şlyapası ilə diqqətləri üzərinə cəmləyib.

İbrahimova yeni görkəmini bu cür şərh edib: 

“Məncə ən böyük məsuliyyətimiz çalışmaq, işləmək, ərsəyə gətirmək və əvvəlcə özümüzü, sonra da əlimizin çatdığı yerləri gözəlləşdirməkdir. Hər şeyin ən gözəli niyyətinin, cəhdinin qarşılığını gözləyən hər kəsin olsun. 

Ürəyimin tam ortasına toxunan çiçək kimi insanların hamısına da salam olsun”. 

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub. 

Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladını dünyaya gətirib. Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO