\

\"Qarabağ\" səfərdə \"Qəbələ\"yə qalib gəldi

Hazırda oxunan: \"Qarabağ\" səfərdə \"Qəbələ\"yə qalib gəldi

98285

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Bizim.Media "Qarabağ" Qəbələdə eyniadlı komandanın qonağı olub. Görüş "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 58-ci dəqiqədə Filip Ozobiç vurub.

27-ci dəqiqədə Ağdam klubundan Leandro Andrade zədələnərək yerini İsmayıl İbrahimliyə verib. 43-cü dəqiqədə isə "qırmızı-qaralar"dan İlkin Qırtımov birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, 8 oyundan maksimum xal toplayan "Qarabağ" turnir cədvəlinə başçılıq edir. 9 turdan sonra 15 xalı olan "Qəbələ" isə 5-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Şamaxı"nı, "Səbail" "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib, "Neftçi" isə "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb. Tura bu gün keçiriləcək "Sabah" - "Kəpəz" oyunu ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO