Krım körpüsündəki partlayışdan sonra sudan iki nəfərin cəsədi çıxarıldı

Krım körpüsündəki partlayışdan sonra sudan iki nəfərin cəsədi çıxarıldı

Hazırda oxunan: Krım körpüsündəki partlayışdan sonra sudan iki nəfərin cəsədi çıxarıldı

98264

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Krım körpüsündə partlayış baş verən ərazidə axtarışlarını davam etdirirlər. Son məlumata görə, onlar iki nəfərin cəsədini çıxara biliblər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı 112 Telegram kanalı yayıb.

“Krım körpüsündə baş verən partlayışdan sonra üç nəfər itkin düşüb, üç nəfər isə ölənlər siyahısındadır. Dünən oktyabrın 8-də axtarış tədbirləri hava şəraiti ilə əlaqədar çətinləşib. Dalğıclar yenidən işləməyə başlayıblar”, deyə nəşr vurğulayıb.

Xilasedicilər artıq bir kişi və bir qadının meyitini çıxarıblar, hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

“Məlumdur ki, yük maşınının sürücüsü ilə yanaşı, “Cadillac” və “Mitsubishi” markalı iki minik avtomobilinin sürücüləri və sərnişinləri həlak olub”, – Telegram kanalı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO