"Qarabağ" bu gün "Qəbələ"nin qonağı olacaq

Hazırda oxunan: "Qarabağ" bu gün "Qəbələ"nin qonağı olacaq

98215

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, bununla da ölkə çempionatında I dövrəyə yekun vurulacaq.

Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında olacaq. 7 görüşdən 21 xal toplayan "köhlən atlar" turnir cədvəlinə başçılıq edir. "Qırmızı-qaralar" isə 15 xalla 5-cidir.

İki komanda indiyədək Premyer Liqada 54 dəfə üz-üzə gəlib. Bunların 10-da "Qəbələ", 29-da "Qarabağ" qələbə qazanıb. 15 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbəti də Ağdam klubunun xeyrinədir - 85:43.
“Qarabağ” 16 oyundur rəqibinə uduzmur. “Qəbələ” son iki matçda xal qazanmayıb.

Tura "Sabah" - "Kəpəz" matçı ilə yekun vurulacaq. Hazırda meydan sahibləri 19 xalla ikinci pillədə qərarlaşıb. 4 xalı olan qonaqlar isə 8-ci yerdə gedir.

Komandalar indiyədək ölkə çempionatında qarşılaşmayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO