Gəncədə bu qurum kağızlarla sənədləşmə işindən imtina etdi

Gəncədə bu qurum kağızlarla sənədləşmə işindən imtina etdi

Hazırda oxunan: Gəncədə bu qurum kağızlarla sənədləşmə işindən imtina etdi

98210

Gəncə qurumlardan biri kağızlarla sənədləşmə işinə son verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində karğüzarlıq işləri bundan sonra elektron qaydada aparılacaq.

Qurum tərəfindən elektron kargüzarlığın tətbiqi (sənədlərin tərtib olunub rəsmiləşdirilməsi, qeydə alınması, arxivə təhvil verilməsi və saxlanması) kağız dövriyyəsinin minimuma endirilməsi, eləcə də işçi qrupları arasında koordinasiyanın və əlaqələndirmənin səmərəliliyinin daha da üst səviyyəyə yüksəldilməsi məqsədilə həyata keçirilir.

Bunun üçün qurumun əməkdaşları üçün treyninq kurslar da aparılır.

Fəaliyyəti dövrü ərzində yeniliyə imza atan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi elektron, yəni onlayn kargüzarlığı tətbiq etməklə, digər müəssisə və təşkilatlarla iş üzrə aparılan sənədləşmənin operativ və səmərəli kommunikasiyasını da təşkil etmiş olacaq.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO