\

\"Olimpiakos\"dan daha cəsarətli oynadıq – Qara Qarayev 

Hazırda oxunan: \"Olimpiakos\"dan daha cəsarətli oynadıq – Qara Qarayev 

98174

"Matçın böyük hissəsində rəqib pis təsir bağışlamasa da, biz daha cəsarətli oynadıq. İstər evdə, istərsə də səfərdə öz oyunumuzu göstərməyə çalışırıq".

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev səfərdə "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə Yunanıstan mətbuatına açıqlamasında bildirib.

Yarımmüdafiəçi çətin matça çıxdıqlarını bildirib.

"Bu, son illərdə əldə etdiyimiz ən vacib qələbələrdən biridir. Birinci hissədə “Olimpiakos” bizə təzyiq edib çətin anlar yaşatsa da, topa nəzarəti əla ala bildik. Təfərrüata varmaq istəmirəm. İkinci yarıda vəziyyətə nəzarət etməyə, yaratdığımız fürsətlərdən yararlanmağa başladıq",-deyə o bildirib.
Qeyd edək ki, "Qarabağ" və "Olimpiakos" arasındakı növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO