Q. Məhərrəmli: “Qələbədə rolu olan hər kəsə minnətdaram”

Q. Məhərrəmli: “Qələbədə rolu olan hər kəsə minnətdaram”

Hazırda oxunan: Q. Məhərrəmli: “Qələbədə rolu olan hər kəsə minnətdaram”

981

Zəngilanın işğaldan azad olunması xəbərini bölüşməyin ən gözəl ünvanı kim ola bilərdi? Təbii ki, həm zəngilanlı, həm də Qarabağ döyüşlərinin iştirakçısı olan kəs.

Uzun illərdir bu günü gözləyirdim-Qulu müəllimimi Zəngilanın azad olunması münasibəti ilə təbrik etməyi. Şükürlər olsun ki, illərdir boğazımda düyünlənib qalmış təbrikimin məqamı çatdı. Çox xoşbəxt idi. Sevincdən səsi titrəyirdi: “Çox sevinirəm ki, Azərbaycanın torpaqları işğaldan azad olur. Azərbaycan Ordusu özünün döyüş qüdrətini, rəşadətini göstərir. Fizuli, Cəbrayıl, Xocavəndin kəndləri azad olur.  Zəngilanın da işğaldan azad olunmasına, şəhər mərkəzinə bayraq sancılmasına çox sevinirik, nəhayət ki, allah bizə bu günü göstərdi. Biz gedib o yerləri görəcəyik, əzizlərimizin məzarlarını ziyarət edəcəyik. O torpaqların  ətrini duyacağıq, suyunu içəcəyik, havasını ciyərlərimizə çəkəcəyik. Buna görə də bu qələbədə rolu olan hər kəsə ürəkdən minnətdaram”.

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO