İran polisindən qandonduran CİNAYƏT - Zahidanda 7 uşaq güllələndi 

İran polisindən qandonduran CİNAYƏT - Zahidanda 7 uşaq güllələndi 

Hazırda oxunan: İran polisindən qandonduran CİNAYƏT - Zahidanda 7 uşaq güllələndi 

97982

Hüquq-müdafiə təşkilatları İran təhlükəsizlik qüvvələrinin Zahidan şəhərinin Məkki məscidində namaz qılanlara atəş açması zamanı azı 91 nəfərin öldüyünü, onların arasında 7 uşağın da olduğunu təsdiqləyib.  

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, məlumatda öldürülən uşaqlar arasında ən kiçiyinin 2 yaşlı Mirşikar, ən böyüyünün isə 16 yaşlı Məhəmməd İqbal Şahnəvazi olduqları bildirilir.  

Bu barədə xəbərlərin təsdiq olunmasından sonra, Zahidan şəhərinin cümə imamı Möləvi Əbdülhəmid bəluç tayfa başçıları ilə keçirdiyi görüşdə hökumətin rəsmi məlumatlarının həqiqəti əks etdirmədiyini söyləyib.

O, rəsmilərin etirazçılar arasında "Ceyşül Ədl" silahlı qruplaşma üzvlərinin olduğu barədə iddialarını əsassız adlandırıb.

Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin "Əxlaq" polisi tərəfindən öldürülməsi nəticəsində 21 gündür ki etiraz aksiyaları keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO